Azərbaycan İdeyası

Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTOLAR

Tarix:25-01-2019, 11:15
Baxış Sayı:1 275


 Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTOLAR
Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko həyatlarını təhlükəyə ataraq, yanan avtomobildən ailəni xilas edən azərbaycanlı qardaşlar Ümid və Sabir Şirinovu “Müqəddəs Nikolay Xaçı” ordeni ilə təltif edib.
Bununla bağlı Nikolayev vilayət şurasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.
“Mən səmimi qəlbdən sizə təşəkkür etmək istəyirəm. Nikolayev sakinləri sizin necə qəhrəmancasına addım atdığınızı bilirlər. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız. Regionda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm. Sizə “Müqəddəs Nikolay Xaçı” ordeni təqdim edirəm. Bu mükafatı biz Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, eləcə də, kimlərinsə həyatlarını qurtaran şəxslərə veririk”, - şura sədri bildirib.
Nikolayev bölgəsindəki Ukrayna Fövqəladə Hallar Baş İdarəsindən bildirilib ki, Şirinov qardaşlarının “İlin qəhrəman xilasedicisi” aksiyasında iştirak üçün namizədliklərini təklif edəcəklər.

mənbə: oxu.az

 Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTOLAR
 Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı