Azərbaycan İdeyası

Azərbaycanlı Krımın prokuroru təyin edilib

Tarix:23-08-2016, 11:50
Baxış Sayı:493

Azərbaycanlı Krımın prokuroru təyin edilib
Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.

Virtualaz.org korrespondent.net portalına istinadən xəbər verir ki, bu barədə UBP-nun məlumatında deyilir.

Qeyd edək ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir. Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Məmmədovu prokurorluğun kollektivinə təqdim edib. Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib.

1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb. 2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub.

2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı