Azərbaycan İdeyası

Britaniyadan Azərbaycana qarşı böyük — TƏXRİBAT

Tarix:4-11-2015, 15:07
Baxış Sayı:395

Böyük Britaniyanın Bristol şəhərində yerləşən “Regent Holiday” turizm şirkəti Dağlıq Qarabağa qanunsuz səfərlər həyata keçirməyi planlaşdırır.
"Korrupsiya və Qanun" qəzeti APA-ya istinadən məlumatına görə, şirkət Dağlıq Qarabağa qrup səfərlərinin gələn il mayın 6-dan başlayacağının anonsunu verib. Səfər Ermənistandan başlayacaq və 11 günlük olacaq. Növbəti səfər isə 28 avqusta planlaşdırılır. Turistlərə İrəvandan başlayaraq Dağlıq Qarabağda Şuşa və Xankəndi şəhərlərinə səfər təklif edilir.
Şirkətin saytında Dağlıq Qarabağ "1992-ci ildə müstəqilik qazanmış, Azərbaycan daxilindəki erməni anklavı" kimi göstərilib və onun müstəqilliyinin heç bir dövlət tərəfindən tanınmadığı diqqətə çatdırılıb.
Qeyd edək ki, turizm şirkəti Azərbaycana səfərlər təşkil etmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev fakta münasibət bildirərək deyib ki, XİN-in təlimatı əsasında Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin rəsmi dövlət orqanları və şirkət qarşısında bu cür fəaliyyətin qeyri-qanunu xarakter daşıdığı məsələsini qaldıracaq və bu istiqamətdə zəruri tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı