Azərbaycan İdeyası

“EUROVİSİON-2020” HANSI ŞƏHƏRDƏ KEÇİRİLƏCƏK?

Tarix:18-07-2019, 10:40
Baxış Sayı:174



Bu şəhərlər Rotterdam və Maastrixtdir

“Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi üzrə mübarizənin sonunda iki namizəd şəhər qalıb.
Niderlandın NL portalı xəbər verir ki, bu şəhərlər Rotterdam və Maastrixtdir. Təşkilatçıların verdikləri məlumata görə, bu iki şəhərin müraciətləri onlar üçün daha uyğun hesab edilib. Niderlandın digər şəhərləri – Utrext, Hertogenbos, Arnem bu mübarizəni tərk ediblər.
Mahnı müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib ki, hər iki şəhər televiziya translyasiyalarının və ümumilikdə tədbirin təşkili üçün yaxşı konsert zallarına malikdirlər. Bundan başqa, bu şəhərlərdə və ətrafyanı rayonlarda qonaqların yerləşdirilməsinin yaxşı infrastrukturu mövcuddur. Rotterdam və Maastrixt meriyaları da tədbirin keçirilməsinə maliyyə dəstəyi göstərməyə və mahnı müsabiqəsi ilə paralel olaraq müxtəlif tədbirlər təşkil etməyə hazır olduqlarını bildiriblər.
Rotterdamın qalib gələcəyi təqdirdə “Eurovision-2020” mahnı müsabiqəsi Ahoy konsert zalında keçiriləcək. Maastrixt isə bu tədbiri MESS konsert zalında keçirmək niyyətindədir. Sitse Bakker əlavə edib: “Əminik ki, hər iki şəhər mahnı müsabiqəsini fantastik səviyyədə təşkil edəcək və Niderland və Avropadan bu musiqi bayramına gələn qonaqlar məmnun qalacaqlar”.
Xatırladaq ki, Niderland 1956-cı ildə keçirilən birinci “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş yeddi ölkədən biridir. Bu ölkədə mahnı müsabiqəsi sonuncu dəfə 1975-ci ildə keçirilib. Niderland mahnı müsabiqəsini keçirmək hüququnu bu il İsraildə keçirilən “Eurovision-2019”da – müğənni Dunkan Lourensin qalib gəlməsi ilə əldə edib.(AZƏRTAC)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı