Azərbaycan İdeyası

“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

Tarix:7-10-2019, 12:32
Baxış Sayı:133


Tarixdə Böyük Britaniyanın inşa etdiyi məşhur "Titanik" gəmisinin ikinci versiyası hazırlanır.

Korrupsiya-q.az xəbər verir ki, gəmini avstraliyalı biznesmen Kliv Palmer tikdirir. “The Titanik II” adlanan gəminin 2022-ci ilə hazır olacağı bildirilir.

Məlumata görə, gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək və onun orijinal variantı tamamilə saxlanılacaq. Klivin sözlərinə görə, 1912-ci ildə batmış "Titanik"i görmək arzusu insanlar bundan sonra reallaşdıra biləcəklər. “The Titanik II” adlanacaq gəmi ilk marşrutunu İngiltərənin Sauzempton limanından ABŞ-ın Nyu-York şəhərinə edəcək.

Gəminin göyərtəsinə 2435 sərnişin və 900 nəfərlik ekipaj üzvü yerləşə biləcək.
Qeyd edək ki, “Titanik” gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub. Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri "Titanik" tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. "Titanik"də bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.



“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

“Titanik 2” inşa edilir - Yeni GÖRÜNTÜLƏR

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı