Azərbaycan İdeyası

Qanunu pozanlar cəzasın alacaq

Tarix:13-11-2015, 16:04
Baxış Sayı:380


Eşitsin, agah olsun millətə xor baxanlar,
Qanunu tapdalayıb ona qarşı çıxanlar.

Qurduğumuz bu ölkə olub Odlar Diyarı,
Xalqın qan bahasına qazanmışıq Baharı.

Sahibi bu ölkənin xalqın özüdü, özü,
Qərar verənin seçib qətidi onun sözü.

Bu ölkəni çox olub tapdalayan, dağıdan,
Azad edən millətdi bu torpağı yağıdan.


Hamımız əlbir olaq, möhəmlədək qüdrətin,
Xalqın hər bir övladı qorumalı dövlətin.

Bunu görməyən yoxdu - dünya od tutub yanır,
Bizdə də bəziləri xalqı yiyəsiz sanır.

Xalqın, millətin sevən saysızdı sıramızda,
Qanunu pozanlara yer yoxdu aramızda.

Rüşvətxorlar, acgözlər alacaq öz payını,
Xalqın özü salacaq vəzifədən zayını.

Qanunları pozanlar daha həddini aşıb,
Xalqın qəlbdən sevənin səbir kasası daşıb.

Maqsud, öz qələminlə sən et öz xalqına bəyan,
Tutarlı əllərdədi anamız Azərbaycan.

Maqsud Qobustanlı

"Korrupsiya və Qanun"

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı