Azərbaycan İdeyası

YAP-dan ermənilərin Ramil Səfərov açıqlamasına - Reaksiya 06.02.15 | 12:53 | Xəbər 850 dəfə oxunub

Tarix:6-02-2015, 13:40
Baxış Sayı:0

Qondarma Dağlıq Qarabağ hakimiyyətinin kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklifə hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov münasibət bildirib.


S. Novruzov “Qafqazinfo”ya açıqlamasında bu təklifin növbəti erməni xislətinin, saxtakarlığının nümunəsi olduğunu vurğulayıb: “Bildiyimiz kimi, Ramil Səfərov Azərbaycana ekstradisiya olunduqdan sonra ölkə başçısı tərəfindən əfv olunub, rütbəsi və işi də bərpa olunub. Ona qarşı çox ədalətsiz bir qərar qəbul edilmişdi. Ermənilər Azərbaycanı, vətəndaşlarımızı təhqir etməklə Ramili cinayətə sövq etmişdi. Biz bunu cinayət hesab etmirdik. Beynəlxalq məhkəmələr bunu cinayət adlandırmışdı. Bizim iki vətəndaşımız isə sadəcə olaraq ata-baba yurdunu görməyə gedib. Hər hansı qanunu pozmayıb. Qanunu pozan həmin saxta qurumun rəhbəridir. Onun Xocalı faciəsində əli var, haqqında cinayət işi də var. Bu cür insanlara qarşı beynəlxalq tribunalardan, o cümlədən məhkəmələrdə cinayət işləri qaldırılmalıdır. Girovlarımızın birinə ömürlük, birinə isə 20 illik azadlıqdan məhrum etməklə, qondarma məhkəmə keçirməklə, yeni təxribatçı fikirlər ortaya atmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər beynəlxalq hüquqa tabe olmayacaqlarsa, girov götürülmüş şəxslərin digər girovlarla dəyişdirilməsi məsələsinə də baxıla bilər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı