Azərbaycan İdeyası

NEFT ŞİRKƏTİNDƏ İSLAHATLAR: ŞƏHİD AİLƏLƏRİNƏ BELƏ GÜZƏŞT EDİLMİR

Tarix:13-11-2015, 16:10
Baxış Sayı:487


ARDNŞ-ın kütləvi ixtisarları əmək bazarında işsizlərin sayını kəskin artıracaq. Düzdür, ixtisarlar şirkətə işini qoruyub saxlayan işçilərin əmək haqlarını artırmaq imkanı verəcək. Amma ixtisar olunan işçilərin əksəriyyətinin qısa zamanda işlə təmin olunacağı güman edilmir. Buna görə də, şirkət işdən azad etdiyi işçilər üçün xüsusi kompensasiya məbləğləri müəyyənləşdirməlidir. Eyni zamanda, qonşu Rusiyada olduğu kimi onların yeni işlə təmin olunması üçün pulsuz ixtisas dəyişmə kursları təşkil etməlidir.
Beləliklə, uzun müddətdir nəinki tədqiqat institutlarının, eləcə də audit şirkətlərinin tələbi və ya təklifi olan ARDNŞ-ın “balacalaşdırılması” göründüyü kimi, bu heç də sadə islahat deyil: çünki iqtisadi əsaslandırmalar heç də həmişə öndə olmur. Hərçənd, problemin sosial tərəflərindən biri də budur ki, ixtisarlar apararkən, imtiyazlı, həssas kateqoriyaya aid işçilər nəzərə alınmalı, onlar ya ixtisar olunmamalı, ya da onlara münassibətdə kompensasiyaedici tədbirlər ləngimədən, tam həcmdə yerinə yetirilməlidir. Ancaq müşahidələr göstərir ki, bu amil nəzərə alınmır.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehdiyev küçəsi, yat.1-də yaşayan Məmmədova Sona Tilimxan qızı ərizə ilə redaksiyamıza müraciət edərək bildirmişdir ki, 1990-cı ildən Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsində çalışırmış: “Məni 01.07.2015-ci il tarixində məzuniyyətdə olduğum zaman məndən xəbərsiz məni işdən çıxarıblar. Baş idarənin rəisi başda olmaqla, Nurəddin müəllim, Gunay xanım, kadrlar şöbəsindən 4 nəfər, həmkarlar, yuristlər, sonra çalışdığım yerin rəisi Ələkbər müəllim, Mösüm, sonra oranın xadimələri Əntiqə, Rəna, Ülviyyə dəfələrlə məni döyüblər, deyiblər burada işləmə, get burdan. Mən pensiyaya çıxmağa az qalmış bir vaxtda və ev növbəm olduğunu bilə-bilə mənə haqsızlıq etdilər. Mən şəhərə heç bir idarəyə gedə bilmirəm. Polislər idarəyə yaxınlaşmağa imkan vermirlər. Mən şəhid bacısı və bibisi olaraq sizdən artıq dərəcədə bu işə baxılmasını xahiş edirəm”.
Hələ keçən il AREDNŞ prezidenti R.Abdullayev ixtisarlara aydınlıq gətirərkən bildirmişdi ki, şirkət SSRİ dövründən qalan bir quruluş olub: «Müəssisədə mənzil istismar idarəsindən tutmuş mədəniyyət evinə qədər bir çox idarələr olub. Amma istehsalat şirkətinin bu cür sahələrə sahib olmasını hətta beynəlxalq auditor təşkilatları qəbul etmir. Odur ki, tabeliyimizdə olan müəssisələr üzrə təhlil aparılır. Bu işə başlamışıq və bu, davam edəcək. Şirkətin mükəmməl beynəlxalq standartlarla işləməsi üçün müəyyən ixtisarlar aparılacaq».
İxtisar olunan işçilərə gəlincə R.Abdullayev bildirmişdi ki, həmin işçilərlə bağlı Dövlət Neft Şirkətində böyük proqram həyata keçirilir: «Bu proqrama əsasən, ixtisara düşmüş işçilər bir il müddətində yeni peşə hazırlığı keçirlər. Proqram onların yeni işə imtahan verib, yeni peşə seçərək Dövlət Neft Şirkətinə yenidən qayıtmasını nəzərdə tutur. Bir sözlə, bu proqram sayəsində onların imkanları böyüyür».
Ancaq bütün hallarda şəhid ailəsi üzvünə, eyni zamanda pensiya yaşına az qalmış şəxsə, uzun illər ev növbəsində gözləyənə istisna etmək olar. Bunun üçün sadsəcə iunsanpərvər olomaq lazımdır.

"Korrupsiya və Qanun"

OXŞAR XƏBƏRLƏR
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
Itkinizə üzgünük
Itkinizə üzgünük
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
İlham Əliyev Kral Filipi təbrik etdi
İlham Əliyev Kral Filipi təbrik etdi
İlham Əliyev Endi Börnhemi təbrik etdi
İlham Əliyev Endi Börnhemi təbrik etdi
Lindsi Qremin bacısı Senatda daimi yer uğrunda mübarizə aparacaq
Lindsi Qremin bacısı Senatda daimi yer uğrunda mübarizə aparacaq
Messi dünya çempionatındakı məğlubiyyətdən sonra ilk dəfə DANIŞDI
Messi dünya çempionatındakı məğlubiyyətdən sonra ilk dəfə DANIŞDI