Azərbaycan İdeyası

QARADAĞ MƏHKƏMƏSİ BANKIN MANATLA VERDİYİ KREDİTİ BORCLUDAN VALYUTA İLƏ ÖDƏMƏYİ TƏLƏB EDİB. KREDOBANK İSƏ İŞĞAL ALTINDA OLAN KƏLBƏCƏRƏ MƏKTUB YOLLAYIB

Tarix:13-11-2015, 16:26
Baxış Sayı:468


Bankların əhali qrupundan olan müştərilərə qarşı kredit diskriminasiyaları barədə şikayətlər KİV-də ən çox toxunulan məslələrdəndir. Bu müstəvidə yer alan növbəti faciə Qaradağ rayonunun Qobustan qəsəbəsi Yol Evi kəndində yaşayan Mövlamovlar ailəsinin başına gəlmişdir.
Ailə başçısı Mövlamov Xəlifə Şirin oğlu redaksiyamıza müraciət edərək bildirir ki, onun adına Unibankdan 4 min, Bank of Bakudan 1 min manat kredit qızı Arifə Fətəliyevanın adına, Kredobankdan 2 min həyat yoldaşı Mövlamova Gülayənin adına, Muğanbankdan 2 min oğlu İlqar Mövlamovun adına, qayınanası Mövlamova Mahizər Əlif qızının adına 800 qram qızıl zinət əşyası Turanbanka qoyularaq 6 min 8 yüz manat məbləğində pul götürülüb. Ailənin gəlininin bacısı oğlu Nofəl Nəsirov və onun dostu Sakit Şahverdiyevin təkidi ilə 15800 manat banklardan pul götürən ailə ümumilikdə 20 min manat məbləğdə pulu səfərbər edərək onlara vermişdir. Məqsəd də bu olub ki, Nofəl və Sakit X. Mövlamovun məhbəsdə olan oğlanları Nemət və Azərin həbslərinin qalan hissəsindən azad olunmalarına nail olsunlar. Lakin vasitəçilik edənlər nə verdikləri sözə əməl etməmiş, nə də pulu qaytarmayıblar. Xəlifə kişi dələduzlarla telefon söhbətini qeydə aldığı audioyazını da redaksiyaya təqdim etmişdir.
Təbiidir ki, banklar öz işlərini görməkdə, borclarını tələb etməkdə, borcun üstünə faizləri, cərimələri hesablamaqda olublar. Yəqin ailə ümid edirmiş ki, oğulları azadlığa qovuşarlar, işləyib borcu qaytararlar. Bu arzuları həyata keçmədiyinə görə Mövlamovlar banklara borclarını qaytara bilməyiblər və bu üzdən məhkəmələrə çəkiliblər və uduzublar. Üstəlik, bankların iddia qaldırmalarına görə ödədikləri rüsum məbləğləri də cavabdeh Mövlamovların üzərinə yönəldilib.
Qeyd edək ki, Mövlayeva Gülayə Atabala qızının Kredobankdan götürdüyü pulun təminatı olaraq onunla Şahverdiyev Sakit Çahverdi oğlu arasında 15 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilə Sakitin “yaxasından yapışmaq” üçün Mövlamovların əlində yeganə hüquqi sənəddir. Qaradağ məhkəməsi bu faktoru nəzərə alaraq, 03 fevral 2015-ci il tarixli Qətnaməsində zaminin də borclu ilə birlikdə kreditor qarşısında məsuliyyət daşıdığını qeyd etmişdir.
Lakin Kredobank əslini Mövlayevlərə, surətini isə Şahverdiyevə göndərdiyi bildirişlərdə bu xüsusata ciddi əhəmiyyət verməmişdir. Bildirişlərdə zamin şəxsin ünvanı mücərrəd olaraq “Kəlbəcər rayonu” göstərilmişdir. Bankın Baş İdarəsindən telefonla bu qeyri-dəqiqliyin səbəbini soruşanda isə cavab verən bank işçiləri bildiriblər ki, işə təzə gəliblər deyə təfərrüatlardan xəbərləri yoxdur(?). Bundan başqa, Mövlayevlərin borcu ödəmək iqtidarında olmadıqları banka xeyli əvvəl məlum olsa da, borcun üstünə faiz hesablamaqda davam edib. Halbuki, hələ ötən ilin avqust ayında debitorla məhkəmə çəkişməsinə çıxan bank faiz hesablanmasını dondurmalı idi.
Olduqca maraqlı bir detala da diqqət yetirməyə dəyər: Bankın manatla verdiyi krediti Qaradağ rayon məhkəməsi 22 may 2015-ci il tarixli əmrində Xəlifə Mövlamovdan artıq valyuta ilə ödəməyi tələb etmişdir (min altı yüz doxsan beş dollar əlli üç sent)!? Bu isə onu göstərir ki, məhkəmə bankirin sifarişini yerinə yetirir.

"Korrupsiya və Qanun"

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır