Azərbaycan İdeyası

"Korrupsiya və Hüquq"

Tarix:16-10-2015, 17:25
Baxış Sayı:728

ADAMIN ATASI VERGİ ƏMƏKDAŞI OLANDA GÖTÜRDÜYÜ BORCU GERİ QAYTARMAMALIDI?

Son zamanlar dinamikası sürətlə artan cinayətlərdən biri də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətidir. Xüsusən, pul borcu ilə kreditor və borclu arasında yaranan problemlərdən irəli gələn mübahisələrin dələduzluq kimi səciyyələndirilməsi tez-tez rast gəlinən hallardandır. Məsələn, iki şəxs arasında bağlanmış müqaviləyə əsasən bir tərəf, yəni kreditor borcluya müəyyən müddətdə qaytarmaq şərtilə hər hansı bir məbləğdə borc pul, kredit verir. Onların arasındakı müqavilə notariat qaydasında təsdiq edilir. Həmin müqavilədə borcun qaytarılması zamanı yarana biləcək mübahisələrin həlli qaydası müəyyən edilir. Bir qayda olaraq mübahisələrin həlli yeri kimi məhkəmələrin olması göstərilir. Bəzən görürsən ki, bununla bağlı başlanmış cinayət işi ilə əlaqədar şəxsə ittiham sürülür və orada qeyd olunur ki, “zərərçəkmiş şəxsi qaytaracağı vədi ilə aldadaraq filan qədər pul alıb onun etibarından sui-istifadə etməklə dələduzluq etmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yəni borc müqaviləsinin əsas şərtlərindən biri də onun qaytarılması barədə borclunun öhdəlik götürməsidir. Yəni burada hər hansı bir aldadılma və ya etibardan sui-istifadədən söhbət gedə bilməz. Hətta praktikada bəzən çox uzağa gedilərək götürülən borc və ya kreditdən qat-qat artıq dəyərə malik təminatlı borc və ya kredit müqavilələri üzrə də ittihamlar irəli sürülür ki, burada vəziyyət daha da qəliz xarakter alır. Axı şəxs borc və kreditin təminatı kimi girov qoymuşdursa, belə olan halda dəymiş zərərin müəyyən edilməsi hansı prosedura uyğun aparılacaq və yaxud da burada hansı dələduzluqdan söhbət gedə bilər?! Belə ki, bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılarkən borcun girov predmetinə və ya ipotekaya yönəldilməsi zamanı qeyd edilən təminat kimi çıxış edən əşya açıq hərrac vasitəsilə satılır, əldə edilmiş vəsaitdən borcun məbləği, hərracın keçirilməsi və s. ilə bağlı xərclər çıxıldıqdan sonra qalan vəsait əşyanın keçmiş mülkiyyətçisinə qaytarılır. Ona görə də qanunvericilik bir qayda olaraq bu cür mübahisələri birmənalı olaraq mülki və iqtisadi mübahisələr kateqoriyasına aid edib.

Eyni zamanda, hər hansı şəxsin əməlinin dələduzluq olub-olmamasını müəyyən etmək üçün şəxsin dələduzluq niyyətinin olub-olmadığını da müəyyən etmək çox vacibdir. Niyyət “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli və 11 iyun 2015-ci il tarixli qərarlarında yazıldığı kimi, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olmalıdır. Yəni təqsirkar şəxsin zərər çəkmiş şəxsə münasibətdə onu aldatmaqla və etibarından sui-istifadə etməklə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti sübuta yetirilməlidir.
İndi nəzərdən keçirəcəyimiz halda dələduzluğun niyyətinin olması faktı ortadadır. Belə ki, bir şəxs digərini bir yox, bir neçə dəfə aldatmışdır. Sabirabad rayonunun Cavad kənd sakini Məmmədov Telman Seyfəddin oğlu qəzetimizə yazdığı şikayət ərizəsində yazır ki, 2011-ci ilin dekabr ayında Şəmkir rayon sakini Abdullayev Tural Etibar oğluna 1500 AZN nağd pulu borc vermişdir. Tural həmin puldan 700 AZN qaytarmışdır. Ərizədən oxuyuruq: “Bir müddət sonra məndən daha 700 mant pul aldı ki, aviakassada biletlərin satışını dayandırıblar, borcumun hamısını birdən qaytaracağam. 2012-ci ilin ortalarında Tural yenidən mənə zəng elədi ki, kredit götürəcəm, pulun hamısını birdən qaytaracam, mənə kredit alana kimi pul göndər. Mən də 500 Abş dolları göndərdim. Bir dəfə də zəng elədi ki, avtomobilimin kreditini ödəməmişəm, maşınımı əlimdən alıblar, mənə pul göndər, onu gedim geri qaytarım, narahat olma, pul gələcək, qaytaracağam. 1550 ABŞ dolları da yenidən göndərdim. Turaldan bir müddət keçəndən sonra yenidən zəng gəldi ki, narahat olma, işlər düzəlir, hamısını qaytaracağam. Mən də az sonra zəng edib pulumu istədim. Dedi Şəkidən bilet yazdırmışam 300 AZN oraya verəcəyim var, onu sən göndər, sonra da gəl şəmkirə, orada hamısını verəcəyəm. Mən də 300 AZN göndərəndən sonra Tural daha telefonu açmadı. Sonralar mən bir nəfər dostumla Şəmkirə getdim. Bir yerdə oturub söhbət etdik. Yenə dedi pul gələcək, qaytaracağam, indi pul yoxdur. Yenə də onu gözlədim, yenə də Şəmkirə getdim, yenə də pulumu tələb etdim, yenə də aldatdı...”
Nəhayət.Telman Məmmədov verdiyi borcu Turaldan ala bilməyəcəyini görüb onun atasını – Şəmkir Vergilər Şöbəsində sektor müdiri işləyən Etibar Abdullayevi axtarıb tapır və şikayətini ona edir. Telefon danışığında Etibar müəllim məsələ ilə maraqlanacağını vəd edir. Bir neçə gün sonra T. Məmmədov yenidən E. Abdullayevə zəng etdikdə ikinci telefonu açmayıb: “ Sonra Tural zəng edib ki, sən atama zəng etdiyinə görə sənin pulunu verməyəcəyəm, get kimə istəyirsən de. Mən 2015-ci ilin yanvar ayında “102” xidmətinə zəng etdim, Şəmkir polisində izahat vrdim. Polis mənə cavabında işdə cinayət tərkibi olmadığını bildirərək, mülkiu qaydada məhkəməyə müraciət etməyi məsləhət görüb”.
Maraqlıdır, görəsən atasının Turalın işdəycələrindən xəbər tutması onun borc ödəmək qabiliyyətini niyə azalıtmalıdır ki? Bəlkə atası ona borcunu qaytarmağı qadağan eləyib? Aşkar görünür ki, Tural borcu ödəməkdən imtina etməkçün bəhanə axtarırmış. Beləliklə, niyyət ortadadır.


Zamin Həsənov

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."