Azərbaycan İdeyası

İqbal Ağazadənin dairəsində 6 məntəqənin nəticələri ləğv edild

Tarix:10-11-2015, 17:15
Baxış Sayı:397

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.
"Korrupsiya və Qanun" qəzetiinə istinad olaraq APA-nın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov deyib ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə MSK-ya müraciət edərək 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğvini xahiş edib: “O, müraciətində göstərib ki, həmin seçki məntəqələrində səslərin sayılmasında və səsvermə prosesində qanunsuzluq olub. Onun MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb və orada hansı seçki məntəqəsində pozuntunun olması aydın görünməyib. Ona görə də hesab edirik ki, 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğv edilməsi ilə bağlı şikayətə xitam verilməlidir. Çünki DSK daxil olmuş şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib”.
R. İbrahimov təklif edib ki, MSK-nın apardığı araşdırmalara əsasən 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri də ləğv olunmalıdır. Təklif səsə qoyularaq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı