Azərbaycan İdeyası

"Kiminsə cibinə 5-10 manat qoyub bu məsələni ört-basdır etmək olmaz"- Hafiz Haciyev Nərminin qətlindən danışdı

Tarix:13-01-2020, 14:53
Baxış Sayı:197




Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
"10 yaşlı uşağı yandırırlarsa, bəzi məmurların Allah evini yıxsın. Onlar sadəcə rüşvət alıb, verməklə məşğuldurlar. Niyə məmurlar dövlətimizin balalarına sahib çıxmırlar. Vəziyyəti niyə bu qədər gərginləşdirirlər. Ailələrlə niyə işlər aparılmır? 10 yaşlı körpəmizi kim yandırıbsa, ona ən sərt cəza verilməlidir. Bu cür biabırçılıq olmaq. Həmin rayonun hüquq-mühafizə orqanları var. Onlar araşdırmalıdır ki, bu bölgələrdə bu cür cinayətlərin sayı artıb. Son günlər belə cinayətlər daha çox qərb bölgələrind
Hafiz Hacıyev vurğulayıb ki, bu hadisəni pisləyir:
"Hər birimiz əl-ələ verib bu hadisələrin çoxalmaması üçün geniş işlər görək. Mən bu məsələdə xalqımın hər zaman yanındayam. 10 yaşlı körpənin yandırılması mənim ürəyimi ağrıtdı. Onun valideynlərinin vicdanı yoxdurmu? Valideynləri niyə onu əmisinin evinə göndəriblər? Burada hansı qisas məqsədi olubsa, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdılmalıdır. Kiminsə cibinə 5-10 manat qoyub bu məsələni ört-basdır etmək olmaz. Bizim üçün bu hadisə çox sarsıdıcı oldu. Əgər o uşaq əmisinin evindən yoxa çıxıbsa əmisi buna görə cavab verməlidir. Uşaq niyə yoxa çıxmalıdır? Bütün bunlar araşdırılmalı və üzərinə gedilməli olan məsələlərdir. Bizim dövlətimizə qarşı törədilən təxribatlardır. Bu hadisələr xalq arasında böyük ümidsizlik yaradır. Bu yöndə ciddi addımlar atmalıyıq. Mən bu məsələ ilə bağlı Tovuz rayonunun polis rəisi ilə danışacam. Araşdırım görüm, bu nə məsələdir. Düşünürəm ki, uşaqlara qarşı bu cür vandalizm törədənlərə qarşı ən sərt cəzalar verilməlidir. Bu uşaqdır. Müqavimət göstərə bilmir. Onlara o cür əzab verib öldürənlərə ölüm hökmdən aşağı cəza verilməməlidir".

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır