Azərbaycan İdeyası

Həbsdəki icra başçılarından XƏBƏR VAR - Onlar türmədə də bunu etdilər

Tarix:15-01-2020, 13:56
Baxış Sayı:90



Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən də danışıb:
“Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.
Prezident konkretləşdirməsə də, aydındır ki, söhbət Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədovdan gedir. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar.
Bəs indi sabiq məmurlar harada saxlanılır, onların istintaqı barədə hansı yeniliklər var?
Rəsmi orqanlardan bununla bağlı suallara hələ ki, cavab olmadığından vaxtilə vergidən yayınma ittihamı ilə həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə danışdıq. O, “Yeni Müsavat”a deyib ki, iş üzrə əməliyyat-istintaq tədbirlərinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsi, icra başçılarının DTX-çılar tərəfindən qandallanması istintaqın bu qurumda davam etdirilməsini söyləməyə əsas verir:
“Bu adamlar dövlətin maddi durumları ürəkaçan olmayan vətəndaşlara yönəlik addımlarını sabotaj ediblər. İmkansız vətəndaşlara çatmalı olan pulları alıb ciblərinə qoyublar. Təbii ki, bu da ciddi narazılıq yaratmışdı. Belə şəxslərin DTX-da saxlanılmaları məqsədə müvafiqdir”.
Əvəz Zeynallı deyir ki, icra başçıları, nazirlər, bankirlər və ümumiyyətlə, böyük büdcə pullarına əlləri çatan, çırpışdıran məmurların həbsə alınması özlüyündə çox yaxşı haldır:

OXŞAR XƏBƏRLƏR
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə