Azərbaycan İdeyası

AZƏRBAYCAN GÜLƏŞÇISI YENƏ DÜNYANIN ƏN GÜCLÜSÜDÜR

Tarix:31-01-2020, 15:29
Baxış Sayı:92



Sərbəst güləşçilərin ardından qadın güləşi üzrə idmançıların reytinq sıralaması açıqlanıb.
15-18 yanvar tarixlərində İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdə Azərbaycan idmançıları iştirak etməsə də, ilk “onluq”da üç güləşçimiz yer alıb.
Bunlar Mariya Stadnik, Tatyana Omelçenko və Elis Manolovadır. 50 kq-da ikiqat dünya və yeddiqat Avropa çempionumuz Stadnik yenə öz çəkisində birincidir. Ukraynalı legionerimiz 60 xala malikdir və ən yaxın rəqibi rumıniyalı Emilia Alina Vuçu altı xal qabaqlayır. Olimpiadaya vəsiqə qazanmış idmançımız, böyük ehtimalla, Tokiodakı yarışa kimi ilk “dördlük”də yer alıb, səpələnmişlər səbətində yer alacaq.
Qeyri-Olimpiya çəkisi olan 59 kq-da Tatyana Omelçenko 16 xala malikdir. IV İslam Həmrəylik Oyunlarının qalibi yeddinci yerdədir.
Avropa çempionumuz Elis Manolova da qeyri-Olimpiya çəkisi sayılan 65 kq-da “onluğ”a düşüb. Bolqarıstanlı legionerimiz 23 xalla üçüncü yeri tutub. Həmçinin, çinli Siaoçyen Van da eyni xal toplayıb.
Xatırladaq ki, sərbəst güləşçilərin reytinq cədvəlində dörd idmançımız ilk “onluq”da yer almışdı.

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır