Azərbaycan İdeyası

Tibb kollecləri ləğv ediləcək? - Ekspert / FOTO

Tarix:13-02-2020, 11:00
Baxış Sayı:120


“Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən bir sıra yeni ixtisaslar yaradılıb. O cümlədən tibb bacısı işi ixtisası da ali təhsil pilləsi üçün nəzərdə tutulub”.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri açıqlamasında təhsil eksperti Elçin Əfəndi xatırladıb. O, qeyd edir ki, IV qrupda tibb bacısı işi ixtisasının əlavə edilməsi kolleclərdən ləğv edilməsi mənasına gəlməz: “Bu ixtisas 11 illikdən kolleclərdə mövcud idi. Belə ki, şagirdlər 11 illik buraxılış imtahanları nəticəsi əsasında təhsil ala bilirdilər. Tibb bacısı işi ixtisası əsasən, 1 və 2 saylı tibb kolleclərində, Sumqayıt, Gəncə və s. kimi şəhər kolleclərində mövcud idi. İndi həmin ixtisasın ali təhsil pilləsi qazanması qeyd olunan kolleclərdən ixtisasın yığışdırılması anlamına gəlməyəcək. Çünki biz diqqət etsək sözügedən kolleclərdə müalicə işi, əczaçılıq, tibbi profilaktika ixtisasları mövcuddur. Məhz bu səbəbdən də düşünürəm ki, tibb bacısı ixtisası həm 11 illikdən kolleclərdə, həm də ali təhsil pilləsində qalacaq”.
“Lakin ali təhsil diplomuna üstünlük veriləcək”-deyə E. Əfəndi sözlərinə əlavə edib.(Azedu.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı