Azərbaycan İdeyası

Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadından YENİ XƏBƏR

Tarix:19-02-2020, 10:56
Baxış Sayı:126



Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Korrupsiya-q.az oxu.az”a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Panfilova dörd epizodun üçündə təqsirsiz bilinib. Məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar çıxarıb. Qadın məhkəmə zalından azadlığa çıxıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova beş il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş qadın məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib.
O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.
İstintaq və məhkəmə dövründə V.Panfilovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı