Azərbaycan İdeyası

Bakıda xəbərdarlıq almış direktorla bağlı - Rəsmi açıqlama

Tarix:21-02-2020, 12:10
Baxış Sayı:122


Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib.
Bir müddət əvvəl paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılıb. Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) daxil olan məlumatda bildirilir ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb:
"Aparılmış araşdırmanın nəticələrinə əsasən müəyyən edilib ki, məktəbin üç nəfər kiçik xidmətedici işçisi işə gəlmədiyinə görə, onların vəzifə funksiyaları həmin məktəbdə müvafiq olaraq kiçik xidmətedici işçilər kimi cəlb edilmiş digər şəxslər tərəfindən yerinə yetirilib və hesablanmış əməkhaqqını onlar alıblar. Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib. Onu da qeyd edək ki, müvafiq nöqsanlar aparılan araşdırmadan öncə məktəbin direktoru tərəfindən aşkarlanaraq aradan qaldırıldığı üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı