Azərbaycan İdeyası

"Neftçaladan yaxşı balıq gələrdi bir vaxt, bu gün birini tutublar" - Dadaşlinskidən ATMACA

Tarix:21-02-2020, 15:11
Baxış Sayı:85



İctima tv - nin efirində yayımlanan "3 D" verilişinin növbəti qonağı İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov olub. Verilişdə sığorta məsələlərindən söhbət açıldıqdan sonra aparıcı Dadaş müəllim özünəməxsus şəkildə verilişə yekun vurub.
Sonxeber.az bildirir ki, aparıcı dünən Neftçala rayonunda keçirilən əməliyyata öz münasibətini "Neftçaladan yaxşı balıq gələrdi bir vaxt. Deyirlər, bu gün birini tutublar", - deyərək bildirib. Dadaş müəllim sözlərinə aydınlıq gətirmək üçün üçün fikrinə bir nelə cümlə də əlavə edib:
"Neftçalada yaxşı balıq gələrdi bir vaxt. Deyirlər, bu gün birini tutublar. Deyirəm, bu gün tora düşən, xalqa xidmət etmək üçün təyin olunan adam niyə olanlardan dərs çıxarmadı? Ağstafa hadisələrindən nə qədər vaxt ötdü ki? Heç olmasa, bu gün olanlardan qalanları nəticə çıxarsın".
Qeyd edək ki, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasında əməliyyat keçirib. Nəticədə icra başçısı həbs olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı