Azərbaycan İdeyası

Astara xəstəxanasında son vəziyyət: “Sağlamlığımıza görə narahatıq”

Tarix:28-02-2020, 11:40
Baxış Sayı:101


Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlıların heç bir əsas olmadan xəstəxanada saxlanıldığına dair məlumatlar yayılıb.
Korrupsiya-q.az xəbər verir ki, İrandan qayıdan azərbaycanlılar yüksək hərarətləri olmadığı halda koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasında saxlanılıblar.
Vətəndaşlar iddia edir ki, 25 nəfərin heç birində yüksək hərarət qeydə alınmayıb. Xəstəxanada saxlanılan şəxslərdən dördü Ağstafa, üçü Biləsuvar, üçü Ağcabədi, ikisi Şabran, ikisi Bakı, ikisi Lənkəran, ikisi Şamaxı, ikisi Şirvan, biri Salyan, biri Göyçay, biri İsmayıllı, biri İran, biri isə Almatı vətəndaşıdır.
Xəstəxanada bir neçə dəfə hərarətlərinin ölçüldüyünü deyən şəxslər bildirir ki, heç birinin yüksək hərarəti olmayıb. Həmin şəxslərin hərarəti 35,8 dərəcədən - 36,5 dərəcə arasında olub.
Onlar bildirirlər ki, xəstəxanada şəraitsiz vəziyyətdə qalmaqdan səhhətlərində problem yaşamaqdan qorxurlar:
“Bu xəstəxanada bizi zorla xəstə edəcəklər. Sağlamlığımıza görə narahatıq. Əgər bizi virus şübhəsi ilə saxlayıblarsa, bu cür dağınıq, hər kəslə ünsiyyət qurmağımıza necə icazə verirlər?”

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı