Azərbaycan İdeyası

Azərbaycan əhalisinə ŞAD XƏBƏR: Karantin daha tez bitə bilər

Tarix:14-05-2020, 15:40
Baxış Sayı:133


Dünən koronavirusa yoluxanların sayı 104-dən 65-ə düşüb. Əgər koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam etsə, karantin rejimi mayın 31-dən tez bitə bilərmi?
Korrupsiya-q.az xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Mirəzazadə bildirib ki, karantinlə bağlı bütün qərarlar yoluxma dinamikasına görə müəyyən edilir:
"Azərbaycanın böyük ərazisində yeni yoluxma olmadığına görə karantin rejimi götürüldü. Hesab edirəm ki, atılan addımlar buna uyğun atılacaq. Bu məsələdə dövlətin atdığı addımlarla yanaşı sosial məsuliyyət məsələsi gündəmdə olmalıdır. Ehtiyac olmadan çölə çıxılmasa, insanlar tərəfindən sosial məsafə saxlanılsa, qoruyucu tibbi maska, əlcəklərdən itifadə edərək gigyenik qaydalara riyaət etsək, koronavirusla bağlı elan olunmuş karantin rejim gözləniləndən də tez bitə bilər. Operativ Qərargahın verdiyi məlumatlara görə bütün statistikalar araşdırılır, karantin rejiminin yumşaldılması və aradan qaldırılma məsələsi gündəmdədir. Düşünürəm ki, yoluxmaların sayı minimuma düşsə, ölkədə elan olunmuş karantin rejim təyin olunan vaxtdan da tez bitə bilər". (sonxeber.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı