Azərbaycan İdeyası

Azərbaycanda karantini pozan vəzifəli şəxsə töhmət verildi

Tarix:18-06-2020, 13:08
Baxış Sayı:132


Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc Əhməd qızının rəhbərliyi ilə 12 iyun 2020-ci ildə, saat 10:00 radələrində məktəbin 150 yerlik akt zalında şagirdlərin biliyinin qiymətləndirilməsi və sinif jurnallarının yazılmasının yekunu barədə Pedaqoji Şura iclası keçirilib:
“İclasda 25 nəfər iştirak edib. Məktəbin direktoru Sevinc Səmədova və direktor müavinləri izahat verərək, qeyd olunanları təsdiq ediblər. İzahatlarında göstəriblər ki, kənd ərazisində internet şəbəkəsi yaxşı işləmədiyindən iclasın onlayn keçirilməsi mümkün olmadığı üçün bilməyərəkdən bu səhvə yol veriblər”.
“Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsil Şöbəsinin müvafiq əmri ilə Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc Əhməd qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ucar rayon Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc məktəbdə qapalı şəraitdə iclas keçirib.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 10 nəfərdən artıq adamın toplaşması kütləvi hal hesab edilir. Bu da karantin qaydalarının pozulması hesab olunur və yolverilməzdir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı