Azərbaycan İdeyası

Karantin rejimi ilə bağlı AÇIQLAMA: "Bazar günündən sonra...."

Tarix:24-06-2020, 15:48
Baxış Sayı:272


İyunun 23-də 508 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejimi elan olundu. Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə, bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi?
Sonxeber.az xəbər verir ki, deputat Cavid Osmanov bildirib ki, 2 həftəlik sərt karantin rejimi tədbiq olunub:
"Sərt karantin rejimi yoluxma çox olan rayon və şəhərlərdə elan edilib. Son günlərin statistikası ürəkaçan deyil. Dünən hətta nəticə anti-rekord oldu. 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü. Yenə də sərt karantin rejiminə hələ də riayət etməyənlər, topaq yollarla bölgələrə üz tutanlar var. Bundan əlavə icazələrdən sui-istifadə halları da var. Qaydaları pozan şəxslər anlamırlar ki, onlar bu yolla tək özlərini deyil, digər insanların da həyatını təhlükəyə atırlar. Çox təəssüf ki, vətəndaşlarımızın arasında bu virusa inanmayan, oyun hesab edənlər hələ də var. Onların ucbatından uzun müddətdir, ki, mövcud vəziyyətdən əziyyət çəkən insanlarımız var.
Bundan əlavə həmin insanlar məsuliyyətsiz olaraq polis və həkimlərimizin uzun müddətlik əməyinin üstündən xətt çəkmiş olurlar. Təbii ki, fövqəladə vəziyyət bir çox ölkələrdə tədbiq edilib. Elə inkişaf etmiş ölkələr var ki, yumşalmalardan sonra ikinci dəfə fövqəlada vəziyyət elan etməli olub. Sosial məsuliyyətin dərk etməyən vətəndaşlardan xahiş edirik ki, elə etməsinlər ki, karantin rejim daha da sərtləşsin. Fövqəlada vəziyyət elan edilməsinə gətirib çıxarmasınlar. Səhiyyənin aciz qaldığı İtalya və İspaniyaya baxsınlar. Orada artıq xəstəxanalarda yer olmadığına görə insanlar küçələrdə qalırdı. Vətəndaşlarımız məsuliyyətsiz addımları ilə həmin vəziyyəti Azərbaycanda da təkrarlada bilərlər. Düşünürəm ki, əgər yoluxma çoxalarsa, karantin rejimi daha da sərtləşə bilər".






OXŞAR XƏBƏRLƏR
Qanunsuz narkotik dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb
Qanunsuz narkotik dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqlədi
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqlədi
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB
Polis tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib - FOTO+VİDEO
Polis tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib - FOTO+VİDEO
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bakıda sursat aşkar edildi - VİDEO
Bakıda sursat aşkar edildi - VİDEO
Avtobuslarda gediş haqqı ilə bağlı VACİB XƏBƏR
Avtobuslarda gediş haqqı ilə bağlı VACİB XƏBƏR