Azərbaycan İdeyası

“Azərenerji”: “Azərbaycan” İES ekoloji cəhətdən sağlamlaşdırılıb”

Tarix:29-06-2020, 14:04
Baxış Sayı:144


“Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulandan sonra burada ekoloji cəhətdən çirkab suların təmizlənməsi sistemi yaradılıb”.
Bunu Oxu.Az-a açıqlamasında “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.
V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış suların təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı:
“Bu problemləri aradan qaldırmaq, çirkab suların təmizlənməsi üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem suyu mazut və yağdan tam təmizləyərək, kanala buraxmağa imkan yaradır”.
V.Şahmuradov yenidənqurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb:
“Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda, boruların hava yolları dəyişdirilib. Bununla İstilik Elektrik Stansiyasının (İES) ümumi faydalılığını təxminən 10-12 qram şərti yanacaqla aşağı saldıq.
2018-ci ilə qədər bu stansiya blokları 340-350 qr yanacaqla işləyirdisə, biz bu göstəriciləri 330 qramdan aşağı saldıq. Nəzərə alsaq ki, stansiyanın illik enerji istehsalı təxminən səkkiz milyard kV/saatdan artıqdır, bu, milyonlarla vəsait deməkdir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı