Azərbaycan İdeyası

Bakının Nəsimi rayonunun bəzi hissəsində içməli suyun verilişində problem yaranıb.

Tarix:9-07-2020, 14:47
Baxış Sayı:112



Korrupsiya-q.az Oxu.Az - a istinadən xəbər verir ki, bu barədə Nəsimi rayonunda yaşayan sakinlərdən biri sosial şəbəkədə paylaşım edib.
Sakin səhər saatlarından içməli suyun olmamasından şikayətlənir:
“Səhər saat 7-də dedilər ki, ABŞ səfirliyinin yanında qəza olub. Anlamağa çalışdıq. Bəs indi harada nə baş verib?”
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Nəsimi rayonu B.Səfəroğlu küçəsi ilə Dənizçi küçəsinin kəsişməsində qəza olub:
“Qəza nəticəsində ərazidə 60-70 abonentə içməli suyun verilməsində məhdudiyyət yaranıb. Amma bu hadisə Nəsimi rayonun çox kiçik bir ərazisini əhatə edib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Günün birinci yarısında işlərin tam yekunlaşdırılması nəzərdə tutulub”.
Həmin paylaşımda 4-cü mikrorayonda yaşayan digər bir abonent isə suyun lilli gəlməsindən narazılıq edib. Bununla bağlı sualı cavablandırarkən A.Cəbrayıllı qeyd edib ki, həmin ərazidə suyun lilli gəlməsi ilə bağlı “Azərsu” ASC-yə heç bir müraciət daxil olmayıb:
“Nəsimi rayonu, eləcə də, rayonun 4-cü mikrorayon ərazisi 24 saat içməli su ilə təmin edilir. Həmin ərazidə su təchizatında heç bir problem yoxdur, əgər hər hansı bir qəza olsaydı, suyun müəyyən müddətə lilli gəlməsi ehtimalı olardı.
Bu, daxili kommunikasiya ilə də bağlı ola bilər. Bütün hallarda ünvan qeyd edilərsə, tam araşdırıb, bunun nədən qaynaqlandığını dəqiq deyə bilərik”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik