Azərbaycan İdeyası

Bakıda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

Tarix:16-07-2020, 15:16
Baxış Sayı:121


Dünən saat 17:15 radələrində Bakının Yeni Suraxanı qəsəbəsində qəbiristanlıq keşikçisi, 1957-ci il təvəllüdlü Sərdar Babayev zibillikdən yeni doğulmuş körpənin meyitini tapıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlum olub ki, körpə oğlan aşkar edildiyi gündən təxminən bir həftə əvvəl doğulub.
Araşdırma zamanı rayon polis idarəsinin əməkdaşları yeni doğulmuş uşağın valideynlərinin kimliyini müəyyənləşdiriblər.
Məlum olub ki, qadın (adı müəyyən səbəblərə görə, qeyd olunmur) vaxtından əvvəl doğulmuş körpəsini yerli xəstəxanalardan birində dünyaya gətirib.
Bir müddət sonra körpə vəfat etdiyindən, həkimlər cəsədi dəfn etmək üçün valideynlərə təhvil veriblər.
Lakin valideynləri onu qəbiristanlığın yaxınlığında yerləşən zibilxanaya atıblar.
"Valideynlərin davranışından sarsıldıq və hesab edirik ki, belə insanların uşaq sahibi olmaq üçün mənəvi haqları yoxdur”, - deyə, hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı