Azərbaycan İdeyası

Azərbaycanda koronavirusdan ölən qadının meyitini oğluna daşıtdılar - RƏSMİ AÇIQLAMA + VİDEO

Tarix:30-07-2020, 16:14
Baxış Sayı:299

Azərbaycanda anası koronavirusdan ölən şəxs onun nəşini özü daşıyıb.
Korrupsiya-q.az-ın məlumatına görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Gədəbəy rayon, Dəyirmandağ kənd sakini Şadmanov Kamran bildirib ki, anası koronavirusdan ölüb, lakin nəşi özü daşıması üçün ona təhvil verilib. O, anasının Gəncə 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasında öldüyünü bildirib.
Səhiyyə Nazirliyi ötən gün sosial şəbəkələrdə Gəncə şəhərində çəkilmiş videogörüntüyə münasibət bildirib.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Oxu.Az-a bildirib ki, sözügedən hadisədə az müddət xəstəxanada qalıb və vəfat etmiş mərhumun meyiti 29 iyul 2020-ci ildə, saat 12:00-da Gəncə Şəhər Abbas Səhhət adına xəstəxanadan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib:
“Koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərinin müayinəsi və dezinfeksiyası Səhiyyə Nazirliyinin 22.03.2020-ci il tarixli, 22 saylı əmrində nəzərdə tutulmuş qaydalara (“COVID-19 infeksiyasına yoluxma səbəbindən vəfat etmiş şəxslərin meyitlərinin müayinəsi, daşınması və dəfninə dair qaydalar) əsasən həyata keçirilir.
Meyitlər “MTE və PA Birliyi”nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir.
Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur.
Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə, 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır.
Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz ediliblər. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur”.
“Bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir.
Bu barədə dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin köməyi ilə istər müsahibə ilə, istərsə də yazılı şəkildə ətraflı bildirişlər verilib, əhali və aidiyyəti qurumlar məlumatlandırılıb.
Meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir”, - deyə Ə.Həsənov qeyd edib.

[media=]

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama