Azərbaycan İdeyası

Oğuzda polisə atəş açanlar saxlanıldı - FOTO

Tarix:3-08-2020, 11:21
Baxış Sayı:140



Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər tutulub.
Busaat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri – əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar.
Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan N.Umarlı zərərsizləşdirilərək saxlanılıb.
Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub.
Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.Oğuzda polisə atəş açanlar saxlanıldı - FOTO
Oğuzda polisə atəş açanlar saxlanıldı - FOTO
Oğuzda polisə atəş açanlar saxlanıldı - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı