Azərbaycan İdeyası

Azərbaycanda kişi 40 qohumunu bir avtobusda istirahətə apardı, postdan keçmək üçün isə... - VİDEO

Tarix:6-08-2020, 12:55
Baxış Sayı:295


Karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhər sakini Nizami Ayvazov idarə etdiyi “Skayner” markalı sərnişin avtobusu ilə paytaxt qeydiyyatında olan sərnişinləri Lerik rayonuna aparmaq istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılan xüsusi karantin postunda yol polisləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, sürücü əvvəlcə avtobusla postda olan yük maşınları üçün nəzərdə tutulan zolaqdan keçməklə yoxlamadan yayınmaq istəyib. Daha sonra postda xidmət aparan yol polisləri tərəfindən sürücü məcburi qaydada saxlanılıb.
Nəqliyyat vasitəsinin salonuna baxış zamanı 40 nəfər bir-biri ilə yaxın qohumluq münasibətində olan paytaxt qeydiyyatında olan sərnişinin karantin qaydalarını pozaraq, Lerik rayonuna getmək istədikləri məlum olub.
Avtobusda olan şəxslərdən 14-ü yetkinlik yaşına çatmayan azyaşlılar olub. İstirahət məqsədilə yaxın qohumlarını və ailəsini bir yerə cəmləyərək, avtobus sifariş verən və tədbiri təşkil edən Fikrət Əliyev və digər 25 sərnişin barəsində inzibati qaydada protokol tərtib edilərək, onlar cərimə olunublar.
Sürücü Nizami Ayvazov barəsində isə inzibati qaydada qərar qəbul edilməsi Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində toplanan materiallar məhkəməyə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD