Azərbaycan İdeyası

Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndilər - FOTO

Tarix:11-08-2020, 14:35
Baxış Sayı:195

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirib.
Avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Şok Market”in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3 000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

 Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndilər - FOTO
 Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndilər - FOTO
 Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndilər - FOTO
 Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndilər - FOTO
 Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndilər - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir

Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb

Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb

Konqoda Eboladan ölənlərin sayı açıqlandı