Azərbaycan İdeyası

Xırdalan dairəsi yaxınlığında son vəziyyət - FOTOLAR

Tarix:28-08-2020, 15:06
Baxış Sayı:79



Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işlərinə start verilib.
Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, aparılan işlərlə əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işləri əlavə təhlükəsizlik tədbirləri görülərək aparılacaq.
Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib.
Söküntü işlərinə paralel olaraq yeni körpünün dayaqlarının inşası istiqamətində də addımlar atılır. Artıq dayaqlar üçün svay vurma işləri yekunlaşdırılıb və svaylar üzərində müvafiq olaraq monolit dəmir-beton dayaqların inşası işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir və yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.
Xırdalan dairəsi yaxınlığında son vəziyyət - FOTOLAR
Xırdalan dairəsi yaxınlığında son vəziyyət - FOTOLAR
Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı