Azərbaycan İdeyası

Məktəb direktorunun məzuniyyətdə sürücü işləməsi xəbəri ilə bağlı BNA-dan AÇIQLAMA - YENİLƏNİB

Tarix:31-08-2020, 13:03
Baxış Sayı:130

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlama yayıb.
Yeniavaz.com həmin açıqlamanı təqdim edir:
"Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Bildiririk ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o bunu sadəcə paylaşım xatirinə edib.
Qeyd edək ki, “BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlər cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir".


***30 avqust, saat 21:26
Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev məzuniyyət vaxtı avtobus sürücüsü kimi çalışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə direktorun özü sosial media hesabından paylaşım edib.
E.Rzayev məzuniyyət vaxtı əlavə qazanc məqsədilə Bakıda sürücü kimi çalışdığını qeyd edib: "Sabah məzuniyyətim bitir. Məzuniyyət vaxtından istifadə edib əlavə qazanc əldə etmək üçün başladığım işə bu gündən son qoydum. 31 avqust bir gün istirahət edim, 1 sentyabrdan işdəyik...."
Qeyd edək ki, direktorun bu addımı bir çoxları tərəfindən alqışla qarşılanıb.
Qeyd edək ki, şərhlərdə fotoların avtobusu təhvil verdiyi vaxt çəkildiyi yazılıb. Fotodan da göründüyü kimi avtobusda sərnişinlər yoxdur.


Məktəb direktorunun məzuniyyətdə sürücü işləməsi xəbəri ilə bağlı BNA-dan AÇIQLAMA - YENİLƏNİB

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı