Azərbaycan İdeyası

“Gizli düşmən”in ikinci dalğa təhlükəsi: Biz də sığortalanmamışıq - ŞƏRH

Tarix:14-10-2020, 12:12
Baxış Sayı:68

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusla dünya təşvişə düşdü.
Əfsuslar olsun ki, bu xəstəlik Azərbaycan ərazisində də yan keçmədi və COVID-19-a yoluxma halları qeydə alındı.
Ölkəmizdə bu xəstəlikdən ölənlərin sayı 612 nəfər, ümumi yoluxanların sayı 42381 nəfər, ümumi sağalanların sayı 39468 nəfər təşkil edir.
Son günlər Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib.
Nəticədə, ikinci ciddi təhlükəyə səbəb olan koronavirus (COVID-19) yaddan çıxıb. Buna görə də koronavirusa gündəlik yoluxmaların sayında artım qeydə alınır.
Ötən gün Azərbaycanda koronavirusa 277 yeni yoluxma faktı qeydə alınıb.
Son zamanlar ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.
Millət vəkili Məlahət İbrahimqızı Oxu.Az-a açıqlamasında bildirib ki, unutmaq lazım deyil ki, koronavirus pandemiyası çox ciddi təhlükəyə səbəb olur:
“Hazırda koronavirus Avropada çox ciddi təhlükədir. Bu, o epidemiyalardandır ki, bütün qitələri əhatə edib və pandemiyaya çevrilib. Fransada gündəlik 30 min, ABŞ-da 40 min civarında koronavirusa yoluxma qeydə alınır.
Digər ölkələrdə də bu cür artımlar müşahidə edilir. Azərbaycanda da ikinci dalğanın təhlükə yaratmaq ehtimalı var. Çünki ölkəmiz bundan sığortalanmayıb. Pandemiya qlobal bir problemdir”.
“Nazirlər Kabineti yanında operativ qərargah infeksiya ilə bağlı ölkədə risk varsa, o rayonlarda daha ciddi qaydalar tətbiq olunması barədə qərar verir. Ötən gün Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.
Burada məqsəd ölkəmizdə maksimum az xəstələnmənin qeydə alınmasıdır ki, bu da təqdirəlayiqdir”.
Millət vəkili insanları operativ qərargahın qoyduğu qaydalara əməl etməyə çağırıb:
“Əhali sanitar-gigiyenik qaydalara əməl etməli, maska taxmalı, sosial məsafə saxlamalıdır. Virusun təhlükəsi ölkəmizdən və dünyadan çəkilməyib. İnsanlar düşünməlidir ki, onların xəstələnməsi təkcə onlar üçün yox, ətrafındakılar üçün də təhlükəlidir”, - deyə M.İbrahimqızı qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında