Azərbaycan İdeyası

General Polad Həşimova atəş açan erməni məhv edildi - FOTO

Tarix:14-10-2020, 13:24
Baxış Sayı:60



General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs - Ermənistan ordusunun "ulduz"larından biri, 44 yaşlı Ruben Sənəmyan məhv edilib.
Korrupsiya-q.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi.
Əslən Ermənistanın Dilican rayonundan olan R.Sənəmyan "Qorxmaz" ləqəbi ilə tanınırdı.
Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdi. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan döyüş zamanı "Anvax hərbi mövqeyi istiqamətində rəqibin çoxsaylı hücumlarının dayandırmasını təşkil edərək, rəqibin işçi qüvvəsinə, silah-sursatına və hərbi texnikasına xeyli itki verib".
Erməni mətbuatının yazdığına görə, Sənəmyana Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı verilmişdi.

Metbuat.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı