Azərbaycan İdeyası

Əli Əhmədov: “Azərbaycan xalqı və ordusu düşmənə ən ağır cəza verəcək”

Tarix:21-10-2020, 14:03
Baxış Sayı:61


“Çox təəssüf ki, Gəncə şəhəri son günlərdə erməni terroristlərinin hücumlarına məruz qalıb. Gəncəyə edilən hücumlar onların mənfur xislətini bir daha göstərdi. Bu, insanı hisslərdən bütünlüklə itirmiş məxluqların törətdikləri qeyri-insani hadisədir”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün Gəncədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə mənfur ermənilərin bu xaincəsinə endirdikləri zərblərin əvəzini döyüş meydanında çıxır:
“Onlar bu xəyanətin və xain hərəkətlərin ağır nəticələrini görəcəklər. Azərbaycan əsgəri qadına, uşağa, qocaya əl qaldırmır, bundan sonra da qaldırmayacaq. Bu hərəkəti törədənlər Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onlar Azərbaycan xalqının və ordusunun ən ağır cəzasını alacaqlar”.
Ə.Əhmədov bildirib ki, gələcəkdə də Azərbaycan hökuməti bu hərəkəti törədənlərin, xüsusilə də əmri verən Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq normaları əsasında cavab verməsi üçün əlindən gələni edəcək:
“İnanıram ki, cəzalarını alacaqlar. Bizim üçün ən böyük itki həlak olan insanlardır. Təəssüf ki, onları geri qaytarmaq mümükün deyil. Eyni zamanda, bizim qəlbimizi yaralanan insanlar da ağrıdır. Güman edirəm ki, Azərbaycanın həkimləri qısa zamanda yaralıları həyata qaytaracaqlar.
Hesab edirəm ki, bu günlərdə Gəncə şəhəri və gəncəlilər böyük dəyanət, qəhrəmanlıq nümayiş etdirdilər. Düşmənin Gəncəyə endirdiyi zərbələrin məqsədi azərbaycanlıları qorxutmaq, vahimələndirmək idi, amma onlar buna nail olma bilmədilər”.
“Gəncəlilərin timsalında Azərbaycan xalqının nə qədər qəhrəman xalq olduğunun şahidi oldular. Heç bir təxribat, terrorist hərəkət Azərbaycanı haqq yolundan döndərə bilməz. Azərbaycanın zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur”, - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
Partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
Ov mövsümü bu tarixədək açıq elan edildi
Ov mövsümü bu tarixədək açıq elan edildi
Qan banklarının siyahısında dəyişiklik edildi
Qan banklarının siyahısında dəyişiklik edildi
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən