Azərbaycan İdeyası

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

Tarix:4-11-2020, 15:17
Baxış Sayı:84

''27 illik haqsız işğaldan sonra, Ermənistanın 12 iyul tarixində Tovuz bölgəsinə hücumu nəticəsində başlayan hadisələr bu gün Azərbaycana qələbə sevincini yaşadır.''
Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Hərbi ataşe deyir ki,Türkiyə hər zaman işğal olunmuş torpaqların qaytarılmasında səy göstərməyə hazırdır.
''1994-cü ildən bəri Azərbaycan Minsk qrupunun problemin həllinə müsbət töhfə vermədiyi halda sülh çərçivəsində məsələnin həlli üçün kifayət qədər şans verdi. Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərində terror təhlükəsi yaratmaqda davam etdiyi bir dövrdə Türkiyədə Qafqazda sülh və təhlükəsizliyə zəmin yaratmaq üçün qətiyyətli bir şəkildə masada olduğunu ifadə etdi''.
Minsk üçlüyünün uzun müddət davam edən uğursuz siyasətinin faydasız olduğunu deyən Yücel Karauz bildirdi ki, bu məqsədlə də Türkiyə, Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etməyə hazır olduğunu söyləyərək masada söz sahibi olmaq istədiyini açıq aşkar ifadə edib.
''Azərbaycan və Türkiyə Rusiyanın da iştirakı ilə dialoqu bərpa etmək üçün addımlar atdı. Bir neçə gün əvvəl Cevevrədə həm xarici işlər, həm də müdafiə nazirləri və dövlət başçıları səviyyəsində aparılan danışıqlarda məsələnin qırmızı xəttləri cızılaraq sülh və dialoq yolu ilə həll edilməli olduğu bildirilib. İşğal olunmuş torpaqların azad edilməsi diplomatik və sülh yolu ilə həll olunmazsa, Cənab Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusu BMT-nin qərarlarını həyata keçirərək, Böyük Vətən müharibəsini qələbə ilə tamamlayıb ərazi bütövlüyünü təmin edəcəkdir.
83 milyon Türkiyə xalqı, duaları və bütün imkanları ilə Azərbaycanın yanında olmağa hazırdır. Zərurət yarandığı təqdirdə, Ali Baş Komandan prezident İlham Əliyevin də dediyi kimi bir dövlət bir millət fəlsəfəsi ilə birlikdə addım atmağa hazırdır ''

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

OXŞAR XƏBƏRLƏR
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
İranda xəbər agentliklərinin fəaliyyəti dayandırıldı
İranda xəbər agentliklərinin fəaliyyəti dayandırıldı
57 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
57 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
Keçmiş icra məmuru dünyasını dəyişdi
Keçmiş icra məmuru dünyasını dəyişdi
Tarixi qərar verildi: Rusiya Ukraynanı tam itirdi
Tarixi qərar verildi: Rusiya Ukraynanı tam itirdi
10 yeni metro stansiyasının yeri... - Prezident açıqladı
10 yeni metro stansiyasının yeri... - Prezident açıqladı
Azərbaycanda stomatoloqlar AKSİYA KEÇİRİR.
Azərbaycanda stomatoloqlar AKSİYA KEÇİRİR.
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var