Azərbaycan İdeyası

"Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər Türkiyə buna getməyəcək..."

Tarix:25-09-2019, 15:39
Baxış Sayı:163



Ermənistanın bir qrup millət vəkili bu günlərdə yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirib. Onlar iddia edirlər ki, sərhədlərin bağlı qalması Türkiyənin maraqları baxımından da faydalı deyil və bu, türk iqtisadiyyatına ziyandan başqa heç nə qazandırmır.
Ermənilərin yenidən Türkiyə ilə sərhədlərin açılması məsələsini gündəmə gətirməsi ölümə məhkum olan Ermənistan iqtisadiyyatının acınacaqlı durumunun göstəricisi hesab edilə bilərmi? Mümkündürmü ki, erməni millət vəkillərinin Türkiyə ilə sərhədlərin açılması məsələsini dilə gətirməsi məhz erməni iqtisadiyyatının sürətlə məhvə sürüklənməsinin təzahürüdür?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov Türkiyənin heç bir halda Azərbaycanın maraq və mənafeylərinə zidd addım atmayacağını vurğuladı:
“Paşinyan baş nazir seçiləndən sonra Ermənistan çox azğınlaşıb. Onlar həqiqətə uyğun olmayan iftiralar yağdırır, Azərbaycana hədə-qorxu gəlirlər. Azərbaycanın ünvanına müxtəlif təhdidlər səsləndirirlər.
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına gəlincə, rəsmi Ankaranın bu məsələdəki mövqeyi birmənalıdır. Türkiyənin prezidenti BMT-dəki çıxışında bir daha Azərbaycanın işğal edilmiş torpaqlarına diqqət çəkdi və baş verənlərin bir təcavüz olduğunu bir daha dünya birliyinin diqqətinə çatdırdı. Türkiyə və Azərbaycan daim bir yerdə olan dövlətlərdir. Onlar bu kimi məsələlərdə hər zaman həqiqətən də “bir millət iki dövlət” olduqlarını təsdiq edirlər.
Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər Türkiyə Ermənistanla sərhəddi açmayacaq. Baxmayaraq ki, ermənilərin havadarları çoxdur, xaricdəki bəzi qüvvələr bunun baş verməsini həddindən artıq çox istəir. Lakin Türkiyə dövləti heç vaxt Azərbaycanın maraqlarına zidd addım atmayacaq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı