Azərbaycan İdeyası

Göyçay və Zərdabdan olan COVID-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanılıblar - FOTO

Tarix:1-12-2020, 15:11
Baxış Sayı:100


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-2106” markalı avtomobildə olan sərnişinin COVID-19 xəstəsi olduğunu aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay şəhər sakini Abidə Yusifova koronavirus xəstəsi olmasına və ev şəraitində müalicə almasına baxmayaraq, qaydaları pozub yaşadığı ünvanı tərk edərək qohumuna məxsus avtomobillə Göyçaydan Mingəçevir şəhərinə gələrək virusun yayılmasına şərait yaradıb.
COVID-19 virusunun daşıyıcısı olan digər bir şəxs Zərdab rayon sakini Elvin Məmmədli də Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları rayonlarda qeydiyyatda olduqları ünvanlara geri qaytarılıblar.
Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı