Azərbaycan İdeyası

"Belimdə 47, başımda 1 qəlpə var, 1 qəlpə də qıçımı sındırıb, tabor komandiri olmasaydı..."

Tarix:4-12-2020, 11:47
Baxış Sayı:63

Korrupsiya-q.az İkinci Qarabağ Savaşında iştirak edərək yaralanan qazimiz Teymur Mirzəyevlə müsahibəni təqdim edir.

- Teymur, özünü təqdim edərdin və oxucularımız da səni tanıyardı...

- Mirzəyev Teymur Nəsimi oğlu. 2001-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Cəlilabad rayon 8 saylı orta məktəbi bitirmişəm. Özüm futbolçuyam. “Xəzər Lənkəran” və Cəlilabadın “Ümid” Futbol klubunda oynamışam.

- Bəs döyüşə necə qatıldın?
- May ayında əsgəri xidmətimi etmək üçün ordu sıralarına çağırıldım. Yevlaxda xidmət edirdim. Artıq 6 ay idi ki, xidmət edirdim. Sentyabrda döyüşlər başlayanda bizim hərbi hissənin şəxsi heyəti döyüşə yollandı.

- Bəs hansı istiqamətlərdə döyüşə başladın?

- Birinci Tapqaraqoyunlu kəndinə getdik. Daha sonra isə biz Talış kənd istiqamətində döyüşə başladıq. Bizim uşaqlar orda çox böyük qəhrəmanlıq göstərdilər və şəhidlərimiz də oldu. Döyüş vaxtı düşmən minaatandan atəş açdı və mən də başımdan, qolumdan və ayağımdan yaralandım. Əmr verildi ki, yaralıları ərazidən çıxarın. Həmin vaxt məni də BMP-yə qoyub geri qaytardılar. Altı nəfər idik və yolda düşmən BMP-mizi vurdu və əsgər yoldaşımla mən çıxıb baxdıq ki, görək biz hardayıq. Qalan dörd nəfər və tabor komandirim də daxil olmaqla onlar yaralandılar. Gördük ki, düşmən üstümüzə gəlir. Biz iki əsgər döyüşməyə başladıq. Komandirim yaralı olsa da bizə istiqamət verirdi və əsir düşməmək üçün döyüşürdük. Komandirim dedi ki, döyüşmək lazımdır, yoxsa əsir düşəcəyik.
“Qumbaranı atan kimi gördüm ki, düşmən əsgərləri göyə uçur...”
Təxminən dörd saat döyüşümüz oldu və snayperlə əsgər yoldışımı vurdular o, şəhid oldu. Komandirə məruzə etdim ki, əsgər yoldaşım şəhid oldu. Mən tək qaldım və tabor komandirimin əmriylə döyüşə davam etdim. Bir də gördüm ki, üstümə xeyli düşmən gəlirdi. Bizi artıq mühasirəyə almışdılar. Komandir əmr verdi ki, “F1” at. Qumbaranı atan kimi gördüm ki, düşmən əsgərləri göyə uçur. Sonra gördüm ki, artıq beş düşmən əsgəri arxamdan gəlir.
Bir nəfər yaxınımda idi, onu vurdum və komandir dedi ki, sağ tərəfinə bax, ordan da gəlirlər. Çevrilib baxanda artıq gec idi, gördüm ki, yanıma qumbara düşdü. Qumbaranın valı məni 10-15 metr kənara tulladı. Yerə düşəndən sonra gördüm ki, artıq belimi hiss eləmirəm. Həmin vaxt bizim əsgərlər köməyə gəldilər və düşmənin qalan qüvvəsini də məhv edib bizi ərazidən çıxardılar. Bizi Naftalana gətirdilər və orda çox ağır yaralılara ilk yardımı etdilər.
Mənim belimdə 47 ədəd qəlpə var, bir qəlpə başımdadır, bir qəlpə də qıçımı sındırıb. Bütün bu hadisələr sentyabrın 27-dən 28-nə keçən gecə oldu. Tabor komandirim yaralı da olsa, bizə çox kömək etdi. Tabor komandirim olmasaydı, əsir düşə bilərdik.


Moderator.az

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür