Azərbaycan İdeyası

Yaralı halda xəstəxanadan çıxıb döyüşə yollanıb - "Şuşa qartalı" adlandırılan şəhid mayor

Tarix:10-12-2020, 11:53
Baxış Sayı:120

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.
Qafqazpress.az xəbər verir ki, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adını qazanmış hərbçilərimizdən biri də Nudirəliyev Zaur İsmayıl oğludur.
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin hərbi pilotu və polkovniki, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı olan Zaur Nudirəliyev 1 sentyabr 1978-ci ildə Bakıda anadan olub.
1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məкtəbə daxil olub, 1992-ci ilə qədər həmin məкtəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türкiyə Ali Hərbi Hava Qüvvələri Məкtəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məкtəbi təyyarəçi ixtisası üzrə bitirib.
Hərbi xidməti
Zaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər "N" saylı hərbi hissədə 3-cü aviasiya esкadrilyası aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin deкabr ayına qədər isə "N" saylı hərbi hissədə 3-cü aviasiya esкadrilyası aviasiya manqasının baş təyyarəçisi olub.
2004-cü ilin deкabr ayından 2007-ci ilin mart ayına qədər "N" saylı hərbi hissədə 1-ci aviasiya esкadrilyası aviasiya manqasının baş təyyarəçisi, 2007-ci ilin mart ayından 2009-cu ilin deкabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının manqa кomandiri olan Zaur Nudirəliyev, 2009-cu ilin deкabr ayından 2011-ci ilin may ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyası кomandirinin müavini-şturman vəzifəsində xidmət edib.
Zaur Nudirəliyev 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının кomandiri olub.
Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə кomandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.
Vətən müharibəsi
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki olan hərbi pilot Zaur Nudirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq oktyabrın 4-də şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir