Azərbaycan İdeyası

Qarabağda yenidən hərbi əməliyyatlar başlaya bilər? - AÇIQLAMA

Tarix:15-12-2020, 14:37
Baxış Sayı:53


Xəbər verdiyimiz kimi noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və "Azercell" şirkətinin əməkdaşı ağır yaralanıbdır. Erməni təxribatları davam edərsə Qarabağda yenidən hərbi əməliyyatlar başlaya bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Hadrutda bir qrup erməni silahlı terrorçularının qalması, Azərbaycanın əsgərlərinə, mülki vətəndaşlara hücum etməsi nəticəsində yenidən ölən və yaralananlar var:
"Əlbəttə, bu təəssüf doğurur və növbəti erməni xislətinin sübutudur. Azərbaycan noyabrın 10-dan bu günə kimi əldə edilən razılığa əməl edərək, öz sədaqətini nümayiş etdirir.
Amma Ermənistan tərəfi belə bir təxribatlara əl atmaqla yenidən qızışdırıcı mövqe sərgiliyirlər. Əlbəttə, bu davamlı şəkildə baş verərsə, Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan tərəfindən layiqli cavabını alacaq.
Azərbaycan ordusu güclü və qüdrətlidir. 44 günlük Vətən müharibəsində erməni ordusunun başını əzərək, darmadağın etdi. Bu təxribatlarlar davamlı şəkildə olarsa, Ermənistanın layiqli cavabını alaraq, yenidən yerində otuzdurulacaq.
Hadrutda baş verən hadisələrdən sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən anti-terror əməliyyatı buna bariz nümunədir. Ermənistan nəticə çıxarmasa, Azərbaycan onları başa salmaq yolunu yaxşı bilir. Bunu da 44 günlük Vətən müharibəsində sübut etmişdir.
Burda sülhməramlıların da çox böyük rolu olmalıdır. Onlar ilk olaraq ermənilərin bu təxribatlarının qarşısını almalıdır. Hadrutda baş verənlər həm üzücüdür, həm də Ermənistanın daxilində hökm sürən özbaşınalığın sübutudur. Hər kəsə məlumdur ki, Ermənistanın daxilində anarxiya və xaos hökm sürür.
Azərbaycan ordusu erməni silahlı qüvvələrini darmadağın etdikdən sonra, görünür, bəzi qalıqlar hansısa dairələrin əlinə keçib. Ermənistan 44 günlük Vətən mühribəsindən nəticə çıxarmasa, Azərbaycan onları başa salmağın yollarını yaxşı bilir. Unutmasınlar ki, dəmir yumruq onların başının üzərindədir. Azərbaycan qalib və diqtə edən tərəfdir. Ermənilər öz hərəkətlərində düzəlişlər etməsələr, bu onlar üçün daha ağır nəticələnə bilər".

Sonxeber.az

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."