Azərbaycan İdeyası

Pandemiya aprel ayında bitəcək? - AÇIQLAMA

Tarix:18-01-2021, 15:18
Baxış Sayı:65

"Bu gündən etibarən sərt karantin rejimi mərhələli şəkildə yumşalacaq. Azərbaycan həmçinin vaksinasiya prosesinə də başlayır. Əksər aparıcı ölkələrdə də bu prosesə start verilir. Bununla belə, hələlik qlobal pandemiyanın davam etmə müddəti ilə bağlı proqnozlar çox da nikbin deyil".
Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, vaksinasiya uğurlu olarsa, o zaman pandemiya aprel ayınadək lokallaşdırıla bilər:
"Ölkəmizdə yumşalmadan sonra yenidən sərt karantin rejiminə qayıtmamağımız eyni zamanda hər birimizin qaydalara əməl etməyimizdən asılı olacaq. Bir sıra Mərkəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyanın lokallaşmasında qaydalara əməl etmə səviyyəsi aparıcı faktorlardandır.
Sərt karantinin yenidən tətbiq edilməməsi həmçinin iqtisadi baxımdan da vacibdir. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.
Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Bu baxımdan həm sağlamlığımızı qorumaq, həm də iqtisadi təsirlər baxımdan qaydalara əməl edərək pandemiyanın lokallaşdırılmasına töhvə verməyimizə ehtiyac var".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı