Azərbaycan İdeyası

Əsgərlərimiz 300 erməni hərbçisini necə məhv etdi? - SİRLƏR ÜZƏ ÇIXDI/FOTO

Tarix:27-01-2021, 12:02
Baxış Sayı:54


Ermənilər bu fotonun tarixçəsini araşdırıblar. 300 erməni hərbçisi Şuşa ətrafında necə məhv edildi?
Korrupsiya-q.az xəbər verir ki, “hay wave” teleqram kanalı Azərbaycan Ordusunun 300 erməni hərbçisini pusquya saldığını yazır.
“Bu foto ilə bağlı çox nəzəriyyələr irəli sürülürdü. Kimlərsə deyirdi ki, şəhərdən çəkilərkən güllələnmiş hərbçilərdir, kimlərsə deyirdi ki, ümumiyyətlə dost atəşinin qurbanlarıdır. Lakin konkret heç nə dəqiq deyildi. 300-dən çox hərbçinin cəsədi var. Siz döyüşün miqyasını təsəvvür edirsinizmi? Kimlərsə danışır ki, hərbi rəhbərlik Şuşa üçün döyüşməməyi əmr edib, bəs bu insanlar necə öldü? Peyk fotoları sayəsində hərbi birliyin dağıdılmasının yerini müəyyən etmək mümkün oldu. İndi heç bir şübhə yoxdur ki, bu əsgərlər ölümə doğru göndərilib”, - kanal yazır.
Peyk fotolarına istinadən qeyd olunur ki, 300-dən çox erməni hərbçi qərbdən, yəni Laçın tərəfdən Xankəndi istiqamətində hərəkət edirmiş: “Lakin Şuşaya yanaşmadılar, əvəzində birlik şəhərə cənub tərəfdən daxil olmaq üçün Xankəndi yoluna doğru hərəkət etdi. Sağda qaya, solda meşə yolboyu uzanırdı. Və azərbaycanlılar onların hərəkətini izləyirdilər, nəticədə şəhərin girişinə 500 metr qalmış pusquya düşdülər və mənasız yerə qırıldılar. Ehtimal ki, bu 6-7 noyabr tarixində oldu”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı