Azərbaycan İdeyası

Azərbaycanda yeni su anbarları inşa ediləcək - RƏSMİ

Tarix:9-02-2021, 16:31
Baxış Sayı:62


“Azərbaycanda yeni su anbarının tikilməsi nəzərdə tutulub”.
Respublikaxeber.az - ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub:
“Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan - Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay üzərində yeni su anbarları inşa ediləcək”.
O qeyd edib ki, eyni zamanda, Kiçik Qafqaz dağlarının ətəyində olan iki çay üzərində də su anbarları inşa ediləcək:
“Su anbarlarının texniki-iqtisadi əsasları hazırlanır. Yaxın illərdə bu anbarların tikintisinə başlanılacaq”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı