Azərbaycan İdeyası

Bakıda polisləri benzinlə yandırmaq istəyən sürücü SAXLANILDI - FOTO

Tarix:10-02-2021, 13:26
Baxış Sayı:50

Bakıda polisləri benzinlə yandırmaq istəyən sürücü SAXLANILDI - FOTO

Bakıda yol polisinin qanuni tələbinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədən sürücü həbs edilib.

Metbuat.az avtosfer.az-a istinadən xəbər verir ki, Taleh Mehdiyev adlı sürücü fevralın 8-də Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman 400 manatdan artıq ödənilməyən cəriməsinin olduğu üzə çıxıb.
Yol polisi əməkdaşları cərimənin ödənilməsini təklif etsə də, o "imkanım yoxdur" deyərək qərəzli şəkildə öz maşınının arxa şüşəsini sındırıb. Maşına minməklə hadisə yerindən uzaqlaşan sürücü bundan sonra süni sıxlıq yaradılmaqla dayandırılsa da, ətrafdakı insanların köməyi ilə qaçmağa yenidən nail olub.
Polis əməkdaşlarından qaçan sürücü bu dəfə digər avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi də törədib. Sonra isə polislərə zor tətbiq etməklə onların üzərinə benzin töküb yandıracağını bildirib və hətta bu məqsədlə avtomobilin yanacaq çənini açaraq benzin çəkirmiş kimi hərəkətlər nümayiş etdirib. Sonra isə yenə də hərəkətinə davam edib və qaçıb. Nəhayət "20 Yanvar" metrostansiyası ətrafında süni sıxlıq yaradılaraq saxlanılıb.
Onun barəsində toplanılmış materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Mehdiyev Taleh Rasim oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib, eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı