Azərbaycan İdeyası

Ağstafada narkotik satan şəxslər tutulublar - FOTO

Tarix:13-03-2023, 12:31
Baxış Sayı:171

Ağstafada narkotik satan şəxslər tutulublar - FOTO
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E.Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kiloqram 120 qram narkotik maddə olan “heroin” və 2 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ağstafada narkotik satan şəxslər tutulublar - FOTO
Ağstafada narkotik satan şəxslər tutulublar - FOTO
Ağstafada narkotik satan şəxslər tutulublar - FOTO
Ağstafada narkotik satan şəxslər tutulublar - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı