Azərbaycan İdeyası

Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Tarix:16-05-2023, 09:55
Baxış Sayı:160

Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun idarə etdiyi VAZ-21011 markalı avtomobilə keçirilən baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, iki ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elan Bayramov olduğu müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Ulacalı kənd sakini Asif Cəfərov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı