Azərbaycan İdeyası

Nazir şeyxlərin Azərbaycanda ov etməsinə münasibət bildirib

Tarix:18-11-2015, 13:36
Baxış Sayı:359

  Nazir şeyxlərin Azərbaycanda ov etməsinə münasibət bildirib


“Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov məsələlərinə ciddi nəzarət edir.
"Korrupsiya və Qanun" saytı “Report”-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nəzarət altında tənzimlənən ov hətta biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir:
“Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb, məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur.
Məsələn, Azərbaycanın şimal qərb zonasında Böyük Qafqazın şimal qərb ətəklərində yaxşı bir ovçuluq təsərrüfatı yaradılıb. Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov apara bilər.
Eyni zamanda, paradoks da olsa həmin ərazilərdə heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. Amma başqa hallar da olur.
Biz onun tərəfdarıyıq ki, bütün bu hallar Azərbaycan qanunlarına, Azərbaycan adət-ənənələrinə, o cümlədən ov sahəsində hörmətlə yanaşmaqla müşahidə olunsun, lisenziya əsasında aparılsın.
Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma onlar da bu işi qanun əsasında görməlidir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı