Azərbaycan İdeyası

Ərdoğan: “Az qala öldürüləcəkdim...

Tarix:19-07-2016, 12:10
Baxış Sayı:430

Ərdoğan: “Az qala öldürüləcəkdim...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 15-nə keçən gecə baş vermiş hərbi çevriliş cəhdi zamanı qiyamçılar tərəfindən “az qala öldürüləcəyini” deyib. Virtualaz.org xəbər verir ki, Ərdoğan həmin gecə baş verənlər haqda CNN İnternational telekanalına danışıb. “Marmarisdə 15 dəqiqə artıq qalsydım öldürüləcəkdim...

Anbaan hər şeydən xəbərim vardı. Atatürk hava limanında nəzarət qülləsini ələ keçirmişdilər. Telefonda İstanbulun Əmniyyət Müdrünü qiyamçıların oradan uzaqlaşdırılması təlimatını verdim. Hava limanındakı qiyamçıların təmizlənməsini əmr etdim. Havada olduğumuz üçün rabitə əlaqəsi bəzən kəsilirdi. Pilota nə qədər havada qala biləcəyimizi soruşdum, 3-4 saat qala biləcəyimizi dedi. F-16 təyyarələri ilə yanımızdan səsdən iti sürətlə uçuş həyata keçirdilər. Bilirsiniz, bu zaman sonik partlama yaranır və bomba partlaması effekti ilə müqayisə oluna bilər. Belə şəraitdə oraya keçdik və xalqla təmas qurduq”-Ərdoğan nəql edib.

Türkiyə prezidenti deyib ki, qiyamçıların edam edilməsinə müsbət baxır və əgər parlament vətənə xəyanət əməlinə görə ölüm hökmünü nəzərdə tutan dəyişiklikləri qəbul edib ona təqdim etsə imzalayacaq. Ərdoğan hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bir daha bəyan edib və deyib ki, onun ABŞ-dan ekstradisiyası üçün rəsmi müraciət yaxın günlərdə ediləcək.

“Bundan əvvəl mən prezident Obamadan onu Türkiyəyə verməsini istəmişdim, bu həftə rəsmi tələbimiz göndəriləcək. İki ölkə arasında cinayətkarların ekstradisiyası razılaşması var. Əgər ABŞ Güləni verməsə biz də gələcəkdə hansısa cinayətkarın ekstradisiyası üçün müraciət olunsa rədd edərik”-Türkiyə prezidenti bildirib.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI