Azərbaycan İdeyası

SHXÇDX – nin təzə rəisi İmişlinin “dezertir” adamlarına mülayim yanaşır

Tarix:7-11-2023, 18:59
Baxış Sayı:3

Təqdim etdiyimiz mövzuda birinci dəfə keçən il qəzetimizdə “İmişli: Hərbi xidmətdən yayınanlar vətənpərvər kasıb gənclərə rişxənd edirlər” sərlövhəli, ikinci dəfə isə bu il qəzetin 31 avqust tarixli 07(99) saylı nəşrində “İmişlinin “voenkom”unun başı üzərində qara buludlar” başlıqlı tənqidi məqalələrimiz dərc olunub.
İkinci məqalədə etibarlı mənbədən aldığımız məlumatları oxucularla bölüşmüşdük: Rayon sakini Mədətov İslam Bəhmən oğlu 18 yaşından Türkiyədə təhsil alır. Aldığı saxta arayışla hərbi xidmətdən yayınıb. Onun 35 yaşının tamam olmasına cəmi 4-5 ay qalıb. Rayon sakini Alıkişiyev Bəhlul Zahid oğlu psixiatruya xəstəxanasından yalan sənəd alıb, Əliyev İlkin Hikmət oğlu isə guya yastıdaban olduğuna görə əsgərlikdən yayınıb.
Məqalədə həmçinin ümid ifadə etmişdik ki, Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi Mürsəl İbrahimov sələfi Arzu Rəhimovun dövründən miras qalmış problemləri tədricən həll etməklə yanaşı, bundan belə Xidmətdə neqativ hallara rəvac verən şəxslərin barəsində ölçü götürülməsi ilə məşğul olacaq. Odur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xiudmətinin rəisi cənab Mürsəl İbrahimova qəzetin nüsxəsini qoşma etdiyimiz məktubla müraciət edərək məqalədə ehtiva olunan məsələlərin araşdırılmasını və qeyd olunan qanunsuzluq faktlarına hüquqi qiymət verilməsini xahiş etmişdik.
Lakin çox təəssüflər olsun ki, SHXÇDX rəhbərliyi redaksiyamıza göndərdiyi 27 sentyabr 2023-cü il tarixli cavab məktubunda bizə bildiyimiz məsələləri xatırladıb, amma gözləntimizin əksinə olaraq heç bir məsələni araşdırmayıb: “Müəyyən edilmişdir ki, vətəndaş İslam Mədətov hazırda xarici ölkədə bakalavr təhsili aldığı üçün ona “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən müddətli hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Həmçinin adları çəkilən digər vətəndaşlar müddətli hərbi xidmətə çağırışa cəlb olunaraq “Xəstəliklər cədvəli”nin aidiyyəti maddələri ilə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişlər... Adları göstərilən şəxslərin növbəti təkrar müayinələri nəzarətdə saxlanılacaqdır. Aparılmış xidməti təhqiqat nəticəsində Xidmətin İmişli rayon şöbəsi tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir”.
Məktuba imza atmış SHXÇDX-nin Təşkilati nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Əziz Hidayev yəqin bilməmiş olmaz ki, Prezident İlham Əliyevin yeni Fərmanına əsasən, həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni gələn ilin iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparacaq. Yəqin ki, SHXÇDX və onun rayon-şəhər şöbələri “yemin əldən çıxacağı” gələn ilin iyul ayına kimi saxtakarlıqları barəsində məlumat verilən bütün “neqodnı” şəxslərin möhkəm silkələyib ciblərini çevirəcək.

Azər Alı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
TƏBRİK EDİRİK!+FOTO!
TƏBRİK EDİRİK!+FOTO!
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
TƏBRİK EDİRİK!+FOTO
TƏBRİK EDİRİK!+FOTO
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
Balaca fidanların Məxmər müəllimi
Balaca fidanların Məxmər müəllimi