Azərbaycan İdeyası

Şəkidə dördü avtomat olmaqla 31 odlu silah müəyyən olunaraq götürülüb - FOTO/VİDEO

Tarix:22-11-2023, 11:15
Baxış Sayı:61


[media=https://baku.tv/embed/108357]
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılan profilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin 31 odlu silahdan dördü “Kalaşnikov” markalı avtomat, biri “Makarov” markalı tapança, ikisi “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı ov tüfəngləri olub.

2023-cü il ərzində isə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş əməliyyat və profilaktiki tədbirlər nəticəsində altısı avtomat, beşi tapança, səkkizi yivli “TOZ”, 70-i isə müxtəlif markalı yivsiz tüfənglər olmaqla ümumilikdə 85 odlu silah müəyyən edilərək götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə şöbə əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.




OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı